DigiBloq
DigiBloq
DigiBloq

DİGİBLOG.

Full-service design support that growing B2B companies need. World leading agency.

“Əvvəlki SMM-in paylaşım saatları var idi…”

10 May, 2023 / Nigar

Sosial media və marketinq sahəsində çalışan müəssisələrin yeni müştərilər tərəfindən işə başlamazdan əvvəl daim məruz qaldığı: “Əvvəlki SMM-in paylaşım saatları var idi. Sizdə necə olacaq?” müqayisə cümləsinin təşviq etdiyi bu məqalədə 2023-cü ilin effektiv paylaşım saatlarını araşdırdıq ki, sizinlə də bölüşək.

Reklam və media agentlikləri və fərdi şəkildə fəaliyyət göstərən sosial media fədailəri paylaşım saatları mövzusunun vurğulanmasından bezməklərini danmayacaqlarına əminik. Lakin, etiraf etmək lazımdır ki, bu məsələyə agentlik olaraq biz də fərqli zamanlarda fərqli yanaşma göstərmişik.

 TikTok platformasının məhşurlaşması ilə Instagram kontentinin və trendlərinin sürətlə dəyişilməsi və heşteqlərin rolunun azalmasına təsadüf edən zamanlarda paylaşımın saatının deyil, kontentinin böyük rol oynaması, hətta bəzən gecə saatlarında olan paylaşımların daha yüksək nəticə verməsi ilə müştərilərimizə bu təcrübəni teoriya müdafiəsinə çevirmişdik. İndi isə bizim də marağımızı cəlb edən “Sprouts Social”-un hazırladığı araşdırmanı təqdim edirik. 

34.000 nəfər istifadəçisinin illik trendlər üzrə göstərdiyi nəticələrinə istinadən hazırladığı araşdırma ilə Sprouts, sosial media platformaları üzrə aktivliyi yüksək olan paylaşım saatlarını belə çatdırıb:

Facebook:

Bəzi brendlərin və müştərilərin marketinq strategiyasında əsas fokus olan FB üçün 2023-də qlobal olaraq paylaşımların ən effektiv saatlarını:

  • Bazar ertəsi günləri 08:00-13:00;
  • Çərşənbə axşamı günləri 08:00-14:00;
  • Çərşənbə günləri 08:00-13:00;
  • Cümə axşamı günləri 08:00-12:00 olaraq bildirib. Nəticə etibarilə “Response rate”ə əsasən səhər saatları həftəiçi günlərdə daha yüksək göstəricilər qazanıb.

Instagram:

IG platforması üçün nəzərdə tutulan rəngli kontentlər, yenilənməkdə olan trendlər, barmaqlarımız altında saatlarla sürüşdürdüyümüz Reels-lər üçün aktivlik saatları isə belə verilib:

  • Bazar ertəsi günləri 10:00-12:00;
  • Çərşənbə axşamı günləri 09:00-13:00;
  • Çərşənbə günləri 10:00-13:00;
  • Cümə günləri 09:00-13:00. 

Həm Facebook, həm də Instagram üçün şənbə günlərini həftənin ən uğursuz aktivlik günü kimi qiymətləndirilməsini də nəzərdən qaçırmadıq. Həmçinin bəzi brendlərin auditoriyasının həftəsonu sosial media aktivliyinin çoxluq ehtimalları ilə paylaşdıqları postların, bir tərəfdən də həftəsonu istirahətində telefonlarından uzaqlaşan auditoriyalarına paylaşım etməyən brendlərin məntiqləri bir-biri ilə dostlaşa bilmir. 

Twitter:

Elon Musk-ın Twitter-dəki işlərinin meyvəsi deyə yozduğumuz qeyri-sabit paylaşım saatlarından Sprout danışır:

  • Çərşənbə axşamından Cümə gününə kimi tvitlərin 09:00-dan 12:00-a kimi cuşa gəldiyini bildirən mənbə, həmçinin bu platformalar arasında illik statistik analizlərə əsasən ən çox dəyişkən davranan platformanın məhz Twitter olduğunu açıqlayır. Həmçinin tvitlərinin aktivliyini təmin etmək istəyən izləyicilərə istiqamət olaraq bu saat aralıqlarını əsas götürməyi məsləhət verib. 

LinkedIn:

LinkedIn platformasında yeniliklərini işıqlandıran şirkətlər isə 2023-cü ilin uğurlu saat təxminlərini belə qeyd edib:

  • Çərşənbə axşamı günü və Cümə axşamı günləri 10:00-12:00 aralığında edilən paylaşımlar daha uğurlu hesab edilib.

TikTok:

Hegemonluğunu əlində saxlayan qısa videoları ilə milyonları özünə aludə edən TikTok, ölkəmizdə hazırda nahar saatlarımızın yarısını aparan videolar toplusudur. Trendləri gözündən vuraraq müştərilərimiz üçün hazırladığımız TikTok videoları ana səhifəsinə düşən şanslı insanlar isə sadəcə məqaləni oxumağa davam edə bilər:

  • Çərşənbə axşamı və Cümə axşamı günləri 14:00-16:00 aralığında olan videoların daha çox aktivlik gördüyü bildirilməsi əslində bu saatların qlobal səviyyədə çalışan insanların iş saatları olması reallığını kölgədə qoya bilmir. Bununla da TikTok tendensiyasının iş saatlarımızda da barmaqlarımız altında aşağı-yuxarı sürüşdüyü reallığının fərqinə varırıq.

Əsas hissəni isə sona saxladıq. Bizim də analiz etdiyimiz üzrə mənbə də təsdiq edir ki, nəticələr dəyişkəndir və hər bir hesabın özünəməxsus auditoriyası olduğu üçün  bütün müştərilərinin sosial media platformalarında eksperimentlər apararaq paylaşım edirlər.  

 

 

DigiBloq
DigiBloq

Digər məqalələr

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour.

10 May, 2023 / Nigar

“Əvvəlki SMM-in paylaşım saatları var idi…”

Bu məqalədə 2023-cü ilin effektiv paylaşım saatlarını araşdırdıq ki, sizinlə də bölüşək.

11 Okt, 2022 / Nigar

UI/UX design Tips

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in ome form, by injected humour, or randomised words which don't look even slightly believable.

11 Okt, 2022 / Nigar

UI/UX design Tips

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in ome form, by injected humour, or randomised words which don't look even slightly believable.

11 Okt, 2022 / Rəhbər otaqdan Aqşin

Sosial media və iş dünyası

Necə oldu ki, iş dünyasının da sosial medyalara sürətli “köçü” baş verdi?

11 Okt, 2022 / Nigar

UI/UX design Tips

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in ome form, by injected humour, or randomised words which don't look even slightly believable.

11 Okt, 2022 / Nigar

Facebook deyir: "Analı quzu, xınalı quzu!"-Metada yeni dəyişiklik!

Keçən həftələrdən etibarən Meta valideynləri düşünərək yeni qərar verib. Artıq valideynlərin icazəsi ilə övladları dostluq təkliflərini qəbul edə və digər tənzimləmələri edə biləcəklər.

11 Okt, 2022 / Nigar

UI/UX design Tips

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in ome form, by injected humour, or randomised words which don't look even slightly believable.